Pakistanın keçmiş prezidenti dünyasını dəyişdi

pakistanin-kecmis-prezidenti-dunyasini-deyisdi
Oxunma sayı: 1812

Pakistanın sabiq prezidenti Məmnun Hüseyn 80 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə siyasətçinin oğluna istinadən Geo TV məlumat yayıb. Onun sözlərinə görə, eks-prezident xərçəng xəstəliyindən əziyyət çəkib və son 2 həftəni özəl xəstəxanaların birində müalicə olunub.

Qeyd edək ki, Məmnun Hüseyn 2013-2018-ci illərdə Pakistanın prezidenti olub. Bundan əvvəl o, Sind əyalətinin qubernatoru olub.