Pakistanın keçmiş prezidenti həbs edildi

pakistanin-kecmis-prezidenti-hebs-edildi
Oxunma sayı: 1621

Pakistanın keçmiş prezidenti Asif Əli Zərdari ölkənin hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, saxta bank hesablarından istifadə etməkdə şübhəli bilinir.

Məlumata görə, siyasətçi həbsi ilə bağlı çıxarılmış orderdən Ali Məhkəməyə şikayət edə bilər.

Qeyd edək ki, Asif Əli Zərdari 2008-2013-cü illərdə Pakistanın dövlət başçısı olub.