Pakistanın paytaxtına qoşun yeridilir

pakistanin-paytaxtina-qosun-yeridilir
Oxunma sayı: 3264

Pakistan hökuməti paytaxt İslamabadda “qırmızı zona” adlanan əraziyə qoşun yerləşdirilməsi barədə qərar verib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Pakistanın Daxili İşlər Nazirliyi yayıb.

Məlumata görə, İslamabadda əsas hökumət binalarının yerləşdiyi ərazi “qırmızı zona” adlanır. Sözügedən əraziyə yerləşdirilən qoşun sayı ordu və İslamabad administrasiyası tərəfindən müəyyən ediləcək.

Bu barədə qərar ölkənin keçmiş Baş naziri İmran Xanın istefa verməsindən sonra ölkədə müşahidə edilən etiraz aksiyaları fonunda verilib.