“Palmerston” adlı pişik XİN-in binasını siçanlardan qoruyur

palmerston-adli-pisik-xin-in-binasini-sicanlardan-qoruyur
Oxunma sayı: 2116

İngiltərə Xarici İşlər Nazirliyinin binasındakı siçanları tutmaq üçün “Palmerston” adlı 2 yaşlı pişiyə vəzifə “verilib”.

“Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi məlumata görə, nazirlikdən verilən açıqlamada pişiyin Diplomatik Xidmətlərin ən yeni üzvü olduğu bildirilib.

“XİN “Palmerston”nu  King Charles küçəsindəki binamızda siçanların sayını minimuma endirmək üçün mübarizə komandasına köməkçi götürüb. O, “Battersea” itlər və pişiklər evindən alınıb” - deyə məlumatda vurğulanıb.

“Palmerston” tarixi XİN binasına yerləşdikdən sonra Nazirlər Kabinetində siçanlara qarşı mübarizə aparan “Larry”, Maliyyə Nazilriyindəki “Freya” adlı pişiklərlə dostlaşıb.

Qeyd edək ki, “Palmerston”un adı Böyük Britaniyanın keçmiş baş naziri Lord Palmerstonla eynidir.