Palmiradakı qala terrorçulardan azad olunub

palmiradaki-qala-terrorculardan-azad-olunub
Oxunma sayı: 851

Suriya ordusu İŞİD terror qruplaşmasının nəzarətində olan qədim Palmira şəhərindəki qalaların terrorçulardan təmamilə azad olunması prosesini yekunlaşdırır.

Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Suriya ordusundan olan mənbə bildirib.

“Qala demək olar ki, tam azad olunub. Palmiranın bütün tarixi hissəsinin azad olunması üçün hələ vaxt lazımdır”, - deyə mənbə əlavə edib.

Qeyd edək ki, İŞİD Palmiranı 2015-ci il mayın ortalarında işğal edib. Suriya hərbçiləri 2016-cı il martın 26-da Palmiranı Rusiya aviasiyasının köməyi ilə təmamilə terrorçulardan təmizləyib. Lakin ilin sonunda İŞİD şəhəri yenidən ələ keçirib.