Paytaxtın Nizami rayonu Ə.Hacıyev küçəsində yerləşən paltar mağazalarından birindən oğurluq edilib.
DİN-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, naməlum şəxslər mağazanın giriş qapısını sındıraraq içəridən 450 manat pul götürərək hadisə yerindən qaçıblar. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni tərətməkdə şübhəli bilinən paytaxt sakinləri Ceyhun Abbasov və Elxan İsayev saxlanılıblar.
Onların ətraflarında 25-ci Polis Şöbəsində araşdırma aparılan zaman onların başqa cinayətlərinin də üstü aşılıb. Belə ki, C.Abbasov və E.İsayevin paytaxt ərazisində və respublikanın ayrı-ayrı bölgələrində yüzlərlə avtomobilin şüşələrini sınıdıraraq nəqliyyat vasitələrinin salonlarından oğurluqlar etdikləri məlum olub. Onlar ifadələrində törətdikləri cinayətləri etiraf ediblər
Son xəbərlər
Son Xəbərlər