Gəncədə bədbəxt hadisə yaşanıb.
"Qafqazinfo" ARB TV-yə istinadən xəbər verir ki, şəhərin Nəriman Nərimanov prospektində 3 mərtəbəli binanın ikinci mərtəbəsinin eyvanı uçub.
Hadisə zamanı bina 35, mənzil 26 ünvanında kirayədə yaşayan 27 yaşlı Reyhan Ağayeva xəsarət alıb.
Hadisə qadının eyvanda paltar sərdiyi zaman baş verib. Hazırda hadisə yeri qəzalı vəziyyətdədir. Fövqalədə Hallar Nazirliyinin əməkdaşları təhlükəsizliyi təmin edirlər.
Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər