Argentinanın “Boka Xuniors” klubu futbolçusu Dani Osvaldo ilə yollarını ayırıb. “Qafqazinfo” xəbər verir ki, buna İtaliya milli komandasının sabiq üzvünün intizamsız hərəkətləri səbəb olub.
“Libertadores” kubokunda “Nasional”la oyunun (1-1) gedişi zamanı əvəzlənən Osvaldo komandanın baş məşqçisi Gilyermo Barros Skelottodan icazə almayaraq paltardəyişmə otağına yollanıb. 30 yaşlı futbolçu paltardəyişmə otağında siqaret çəkməklə yanaşı, çılpaq vəziyyətdə “selfie” də edib.
Qeyd edək ki, Dani Osvaldo daha öncə çıxış etdiyi klublarda da qalmaqallara səbəb olmuşdu. O, “Roma”da çıxış etdiyi zaman komanda yoldaşı Erik Lamelanı yumruqlamış, “Southempton”da oynayan zaman isə Xose Fonteni kəllə ilə vurmuşdu.
Son xəbərlər
Son Xəbərlər