“Paltarlarım daha da açıq olacaq”- - Aytən + Fotolar

paltarlarim-daha-da-aciq-olacaq-
Oxunma sayı: 7837


Bu sözləri “Qafqazinfo”ya açıqlamasında rəqqasə Aytən deyib. Oriyental rəqs ifaçısı yenilikləri və Türkiyəyə köçməyi barədə də danışıb:

“İşlərim çoxdu. Yeni mövsümdə yenə Türkiyədə layihələrə imza atacağam. Geyimlərimdə dəyişiklik olacaq. Mən demirəm ki, bağlı paltarlar tikdirəcəm. Paltarlarım daha da açıq olacaq. Çalışacam tam fərqli modellər olsun. Eyni modellərdən artıq bezmişəm. Geyimlərim rəngarəng və bahalıdır.

Aytən Türkiyədə yeni klip çəkdirəcəyini deyib:

“Klip sentyabrda işıq üzü görəcək. Türkiyə musiqi kanallarında yayımlanacaq. Çünki bizim yerli televiziyalarda klip saatı yoxdu. Bir ildən sonra Türkiyəyə tam köçəcəm. Bu qışdan etibarən o tərəflərə addımlamağa başlayacam. Orada da işimi davam edəcəm. Evimin təmirinin bitməyini gözləyirdim. Artıq yekunlaşır. İş üçün fürsət yarandı, mən də bu fürsəti dəyərləndirdim”.