“Qafqazinfo”nun məlumatına görə, müğənni bu haqda “Starlife” verilişinə açıqlamasında danışıb:
“Oğlum sevdiyim qız var, üzük tax dedi. Əvvəl ciddiyə almadıq, sonra israr etdi. Hüseyni nişanladım, qız çox zərifdir, oğlumdan 5 yaş böyükdür. Oğlum böyüyüb o qızı sevsə, onu alacam. Qızın anası Hüseynin dayəsidir. Çox istədiyi üçün bu işi həyata keçirdim.
İndi bəzi ayaqqabılarımı, paltarlarımı geyinməyə qoymur ki, nişanlıma saxlamışam. Deyirəm ki, o qız böyüyəndə dəb dəyişəcək. Cavab verir ki, bu ayaqqabıları Samira toyda geyinəcək”.
Röya yaradıcılıq yeniliklərindən də bəhs edib:
“4 mahnı hazırlamışam, onlara klip çəkdirəcəm. O biri mahnılarım hədər oldu. Bakıda radiolar CD-ə öyrəşməyib. 12 mahnı təqdim edirsən, hansını efirə verəcəklərini bilmirlər. Mahnılarımı tək-tək təqdim edəcəm. Avqustda Bakıda, oktyabrdaMoskvada konsert verəcəm”.
Könül
Son xəbərlər
Son Xəbərlər