Dünya şöhrətli amerikalı aktrisa-model Pamela Anderson 5-ci dəfə ərə gedib.
“Qafqazinfo” “Tmz” nəşrinə istinadən xəbər verir ki, aktrisa prodüser Con Piterslə ailə qurub. Cütlüyün toyu yanvarın 20-də Malibuda baş tutub.
Pamela ilə Con 30 il əvvəldən tanışdırlar.
Aktrisa 33 yaşlı futbolçu sevgilisi Adil Ramidən bu yaxınlarda ayrılıb. O, Ramini məişət zorakılığında ittiham edirdi.
Son xəbərlər
Son Xəbərlər