Pan Gi Mun Bakıya videomüraciətlə qoşuldu

pan-gi-mun-bakiya-videomuracietle-qosuldu
Oxunma sayı: 1125

BMT-nin baş katibi Pan Gi Mun Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna video müraciətlə qoşulub.

Qafqazinfo”nun məlumatına görə, baş katib bu foruma ev sahibliyi etdiyi üçün Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edib:

“Ciddi böhranla üz-üzəyik. Çünki bəzi insanlar məcburi şəkildə yurdlarını tərk edirlər. Ayrı-seçkiliklər, təcrid olunma ancaq eksterimistlərin mənafeyinə xidmət edir.

Xatırladaq ki, Pan Gi Munun Cənubi Qafqaza səfəri Suriya və Yəməndə situasiyanın pisləşməsinə görə təxirə salınmışdı. Onun 7-ci Qlobal Forumda iştirakı planlaşdırılırdı.