Pan Gi Munun səfərinin dəqiq tarixi məlum oldu

pan-gi-munun-seferinin-deqiq-tarixi-melum-oldu
Oxunma sayı: 1592

BMT Baş katibi Pan Gi Munun Azərbaycana səfəri ölkəmizin xarici siyasətində əlamətdar hadisəyə çevriləcək.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, BMT baş katibi Sivilizasiyalar Alyansının aprelin 25-27-də Bakıda təşkil olunacaq 7-ci Qlobal Forumunda iştirak edəcək. “Biz bu səfəri gözləyirik. BMT baş katibi ölkəmizə xüsusi proqramla səfər edəcək. Həmin proqramın təsdiq olunması üçün Bakıya xüsusi nümayəndə heyəti gələcək”, - deyə mədəniyyət və turizm naziri vurğulayıb.