Panamada Kosta-Rika sərhədi yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri David şəhərinin 47 kilometrliyində yerləşib. Zəlzələ ocağı yerin 37,3 kilometr dərinliyində qeydə alınıb.
Dağıntı və insan tələfatı ilə bağlı məlumat daxil olmayıb.
Son xəbərlər
Son Xəbərlər