Panamada çay sahillərindən doqquz cəsəd tapıldı

panamada-cay-sahillerinden-doqquz-cesed-tapildi
Oxunma sayı: 1513

Panamanın Kolumbiya ilə sərhədi yaxınlığında qaçqın olduğu güman edilən doqquz nəfərin cəsədi tapılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Darien Bölgə Prokurorluğu məlumat yayıb.

Biri uşaq olmaqla, tapılan doqquz cəsəd çay sahillərində aşkarlanıb.

Baş prokuror Culio Verqara cəsədlərin şiddətli yağışlarda itkin düşən qaçqınlara aid ola biləcəyini deyib. Onların şəxsiyyətləri barədə hər hansı sənəd tapılmayıb.