“Panatinaikos”un bir futbolçusu Bakıda qalacaq -

panatinaikosun-bir-futbolcusu-bakida-qalacaq-
Oxunma sayı: 695


“Qafqazinfo”nun məlumatına görə, turnirdə ölkəmizi təmsil edən “Qəbələ” Yunanıstanın “Panatinaikos” klubunu qəbul edib. Rəqib komandanın futbolçusu Robin Lod “Qəbələ” ilə oyun zamanı ciddi zədə alıb.

22 yaşlı finlandiyalı yarımmüdafiəçi oyunun 67-ci dəqiqəsində zədələnərək əvəzlənib. 

Futbolçu komandası ilə birlikdə Yunanıstana qayıda bilməyəcək. O, sabah Bakı xəstəxanalarının birində müayinədən keçməlidir.

“Qafqazinfo”