Pandemiya dövründə çempion oldular

pandemiya-dovrunde-cempion-oldular
Oxunma sayı: 1562

Bu gün futbol üzrə Nikaraqua çempionatına mövsümə yekun vurulub.

"Qafqazinfo" xəbər verir ki, koronavirus pandemiyası dövründə dayandırılmayan azsaylı çempionatlardan olan klausuranın qalibi “Real Esteli” olub.

Finalda “Manaqua”nı (1:1, 3:1) üstələyən komanda tarixində 15-ci dəfə qızıl medallara sahib olub.

Bununla da, “Real Esteli” pandemiya dövründə idman prinsipləri əsasında müəyyənləşən ilk çempion olub.