Pandemiya dövründə sərvətini artıran rusiyalı milyarderlər - Siyahı

Pandemiya dövründə sərvətini artıran rusiyalı milyarderlər
Oxunma sayı: 2585

“Forbes” pandemiya dövründə ən çox qazanan rusiyalı milyarderlərin siyahısını tərtib edib.

“Qafqazinfo” xəbər verir ki, onların ümumi sərvəti 62 milyard dollardan 454 milyard dollaradək artıb.

Pandemiya dövründə ən çox qazanan “Nornikel” şirkətinin rəhbəri Vladimir Potanindir. Onun sərvəti 19,7 milyard dollardan 26,1 milyard dollaradək artıb.

İkinci yerdə “Novateka”nın rəhbəri Leonid Mixelsondur. Onun sərvəti 17,1 milyard dollardan 22,5 milyard dollaradək artıb.

Üçüncü yerdə isə NLMK-nın əsas səhmdarı Vladimir Lisindir. Onun sərvəti 3 milyarddan 21 milyardadək artıb.

İlk beşliyə “Seevrstal”ın rəhbəri Aleksey Mordaşovla “Lukoyl”un rəhbəri Vahid Ələkbərov da daxildir. Mordaşov sərvətini 16,8 milyard dollardan 19,1 milyard dollaradək, Ələkbərov isə 15,2 milyard dollardan 20,8 milyard dollaradək artırıb.

Nəşrin yazdığına görə, birjaların bərpası sayəsində Rusiyada milyarderlərin sayı 99-dan 101 nəfərə yüksəlib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi