“Pandemiyada az qala ərə gedəcəkdim” - Fotolar

pandemiyada-az-qala-ere-gedecekdim
Oxunma sayı: 5465

Amerikalı aktrisa Şarliz Teron “Harper's Bazaar” jurnalı üçün kamera qarşısına keçib və nəşrə müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, o, üz qabığında “Dior”dan olan libasda görüntülənib.

Aktrisa, həmçinin “The Row”, “Alaïa”, “Tom Ford”, “Loewe” və “Prada”dan olan geyimlərdə şəkillər çəkdirib.

Şarliz müsahibəsində gözlənilməz etiraf edib. Sən demə, o, pandemiya zamanı az qala ailə həyatı quracaqmış.

“Pandemiya zamanı bir nəfərin mənimlə nikah bağlamaq planı var idi. Bu, çox dərin münasibətlər idi. Amma mən əmin deyildim (ərə getməyə dəyərmi-red.) Bilmirdim, bunu istəyirəm, ya yox. Mən sadəcə artıq bundan yadırğamışam”, - o deyib.

Qeyd edək ki, Teron hazırda ailəli deyil və daha əvvəl deyib ki, ərə getmək fikri yoxdur.