“Pandemiyada pis vərdişlərimi tərgitdim” - Emin Ağalarov

pandemiyada-pis-verdislerimi-tergitdim
Oxunma sayı: 4334

Xalq artisti Emin Ağalarov növbəti dəfə Rusiyanın Birinci kanalında yayımlanan “Veçerniy Urqant” şousunun qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, müğənni-bəstəkar pandemiya dövründən danışarkən vaksinasiyadan sonra həyatın qaydasına düşəcəyini bildirib:

“Bir il əvvəl nə olacağı bəlli deyildi. Amma indi hamı vaksinasiyada iştirak edəcək, sağalacaq. Daha doğrusu, tezliklə xəstələnə bilməyəcəyimizi dəqiq bir şəkildə başa düşdük”.

Biznesindən bəhs edən Emin restoranların, ticarət və fitness mərkəzlərinin, kinoteatrların, konsert salonlarının açıldığını söyləyib: “Hər şey bu günə qədər pis işlədi, amma açılmağı xoşbəxtlikdir”.

Sənətçinin sözlərinə görə, pandemiya zamanı o, bir çox pis vərdişlərdən imtina edib: “Pandemiya zamanı çəkilə bilən hər şeyi - adi və elektron siqaretləri, qəlyanı tərgitdim. Bunu etmək çox çətin idi, amma indi yaxşıyam”.

Bundan əlavə, Emin sözügedən zamanda Dubayda dörd övladı ilə istirahət etdiyini açıqlayıb: “Çox yaxşı istirahət etdim, uşaqlar xoşbəxt, razıdır. Ən böyük xoşbəxtlik uşaqlarınızın yanında olub heç bir şey etməməyinizdir”.

Ağalarov “Jara” festivalı haqqında da danışaraq, bu il ilk dəfə 23-27 iyun tarixlərində Moskvada təşkil ediləcəyini vurğulayıb. İfaçı deyib ki, 250 sənətçinin iştirakı artıq təsdiqlənib və daha 50-sinin təsdiqi müzakirə edilir.

İvan “Festival Bakıya qayıdacaqmı?”,- deyə Xalq artistinə sual ünvanlayıb. O isə “Bəli, düşünürəm. Çətin bir qərar idi, amma başa düşdüm ki, prinsipcə hər şeyi dünyanın hər yerinə daşımaq olar və gələn il harada olacağını hələ deməyə hazır deyiləm”, - deyə cavab verib.