Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərinin verilməsi adı altında nəzərdə tutulmuş vəsait tam istifadə edilməyib.
"Qafqazinfo” xəbər verir ki, bu fakt Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında hesabatda yer alıb.
Hesabatda qeyd olunur ki, “COVİD-19” pandemiyasının neqativ təsirlərinin azaldılması məqsədilə dövlət tərəfindən iqtisadi fəallığın qorunmasına vergi stimullarının verilməsi istiqamətində çevik tədbirlər həyata keçirilməklə sahibkarlara maliyyə dəstəyi ayrılıb.
Bununla bağlı Tədbirlər Planına əsasən təsdiq edilən hüquqi aktda bəzi məqamlar nəzərə alınmayıb, ilkin olaraq nəzərdə tutulan tədbirlərin büdcə tutumuna icra prosesində yenidən baxılmaqla ilkin təyinat məbləği artırılıb, lakin il ərzində icra edilməyib. Tədbirlər Planının bir istiqaməti üzrə ayrılan (proqnozlaşdırılan) vəsaitlərin əsaslandırılması səviyyəsi bir o qədər də qənaətbəxş olmayıb, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərinin verilməsi adı altında nəzərdə tutulmuş vəsait tam istifadə edilməyib, yetərli hüquqi əsasların mövcud olmadığı bəzi hallar üzrə də maliyyə dəstəyinin göstərilməsi aşkar olunub.
Eldar Tanrıverdi
Son xəbərlər
Son Xəbərlər