Pandemiyadan sonra təhsilin düzgün təşkili üçün tədbirlər görüləcək

pandemiyadan-sonra-tehsilin-duzgun-teskili-ucun-tedbirler-gorulecek
Oxunma sayı: 929

“6 rayonun ümumilikdə 18 məktəbinin təxminən 1300 şagirdinə öyrənmə ehtiyaclarına uyğun dəstək göstəriləcək. Şagirdlər üçün dəstək proqramı hazırlanacaq və sağlamlıq imkanları məhdud olan uşaqlar da nəzərə alınmaqla dəstək proqramı həyata keçiriləcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

Onun sözlərinə görə, COVID-19 pandemiyasının təhsilə mənfi təsirini azaltmaq məqsədilə şagirdlərin öyrənmə ehtiyacları yerlərdə müəyyən ediləcək. Bu ehtiyacları aradan qaldırmaq və məktəbdə həm pandemiya dövründə, həm də pandemiyadan sonra təhsilin düzgün təşkilinə təkan vermək üçün ümumtəhsil müəssisələrində çalışan təhsil verənlərin peşəkar inkişafı təmin ediləcək:

“6 rayon üzrə peşəkar inkişafın təkmilləşdirilməsinə ehtiyac duyulan 75 müəllimə fərdi məsləhət xidməti göstəriləcək. Öyrənmə ehtiyaclarına uyğun dəstək göstərilən şagird qruplarında real prosesə cəlb olunaraq müəllimlərin praktik bacarıqları yüksəldiləcək, onların peşəkar inkişafının təkmilləşdirilməsi istiqamətində məktəb əsaslı fərdi mentorluq dəstəyi təmin olunacaq”.

Gülnar Əliyeva