Pandemiyaya görə dünyada fövqəladə vəziyyət rejimi uzadıldı

pandemiyaya-gore-dunyada-fovqelade-veziyyet-rejimi-uzadildi
Oxunma sayı: 1799

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19 pandemiyası ilə əlaqədar bütün dünyada tətbiq etdiyi fövqəladə vəziyyət rejimini daha 3 ay uzadıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Cenevrədə ÜST-ün Fövqəladə Komitəsinin iclasında müzakirələrdən sonra qərar çıxarılıb.

“ÜST-ün baş direktoru COVİD-19 pandemiyasının ictimai səhiyyədə beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət olaraq qaldığı qərarına gəlib. O, Komitənin tövsiyələri ilə razılaşıb”, - deyə qurumun bəyanatında bildirilir.

Mütəxəssislər pandemiyanın "hələ də fövqəladə hadisə olduğuğu və dünya əhalisinin sağlamlığına mənfi təsir göstərməyə davam etdiyi" qənaətinə gəliblər.