“Panionios” Arazın çıxışından razı qalıb

panionios-arazin-cixisindan-razi-qalib
Oxunma sayı: 654

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, klub prezidenti Vasilios Tsavalosun imzası ilə "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqova göndərilən məktubda deyilir: Hörmətli cənab Sadıqov, "Neftçi" PFK-nın, Azərbaycan premyer liqasının 2011-2012-ci il mövsümünün qalibi olması münasibətilə səmimi qəlbdən təbrik edirik.

"Panionios" klubundan daxil olmuş digər məktubda isə, klubun vitse-prezidenti Nikolaos Qklezakos Araz Abdullayevin çıxışından razılığını bildirib. "Panionios" rəsmisi "Neftçi" ilə daha yaxından əməkdaşlıq etməkdə maraqlı olduqlarını ifadə edib. Bunanla yanaşı Nikolaos Qklezakos tərəflərin iki həftə ərzində görüşərək əməkdaşlıq məsələlərinin müzakirəsini təklif edib.