Ukraynanın Ali Radasının “Müxalif platforma – Həyat naminə” partiyasının deputatı İlya Kivanın ortağı Oleq Pankratyev Ukrayna xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.
“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, o, dövlətə xəyanətdə ittiham olunur.
Qeyd edək ki, Pankratyev Poltava Vilayət Şurasında Kivanın deputat qrupuna rəhbərlik edib. Dövlətə xəyanətə görə şübhəlini bütün əmlakı müsadirə olunmaqla 15 il və ya ömürlük həbs cəzası gözləyir.

Son xəbərlər
Son Xəbərlər