“PAOK-a qol vursam, xüsusi qeyd etməyəcəm” - Pereyra

paok-a-qol-vursam-xususi-qeyd-etmeyecem
Oxunma sayı: 1279

"Qəbələ"nin son transferlərindən olan Fakundo Pereyra sabah meydana çıxsa, özünün köhnə komandasında oynamaq şansı qazanacaq.

“Qafqazinfo”nun məlumatına görə, futbolçu özü də məsul oyun öncəsi jurnalistlərə verdiyi müsahibəsində həm qarşılaşma, həm də keçirdiyi hisslərlə bağlı danışıb:

- Sabahkı oyun haqda nə düşünürsüz? "Qəbələ"ni çətin oyun gözləyir.

- Bu qarşılaşmanın "Qəbələ" və Azərbaycan futbolu üçün necə vacib olduğunu, eləcə də çətin keçəcəyini yaxşı başa düşürəm. Hər birimiz üçün önəmli oyundu. Çalışmalıyıq ki, qrup mərhələsinə yaxşı start verək. Qələbəylə başlasaq bizim üçün əla olar.

- Müqavilə ilə məxsus olduğunun komandaya qarşı oynayacaqsız. Hansı hisslər keçirirsiz?

- Etiraf edirəm ki, qəribə hisslərin təsiri altındayam. Artıq 1 aya yaxındı ki, "Qəbələ"nin düşərgəsində məşq edir və PAOK-a qarşı oynamalıyam. Çalışmalıyam ki, burda olduğum müddət ərzində kimə qarşı oynamağımdan asılı olmayaraq, "Qəbələ" üçün əlimdən gələni edim.

- Mətbuatda belə iddialar səslənirdi ki, PAOK-dan baş məşqçiylə problemlərə görə ayrılmaq istəmisiz. Ola bilərmi ki, sabah həmin məqam sizə əlavə motivasiya versin?

- Bu cür iddiaların əsası yoxdu. Baş məşqçi məni əsas heyətdən bir məsələyə görə kənarlaşdırmaq istəyirdi. Mən də bununla razılaşmadım. Belədə hansısa əlavə motivasiyadan söhbət gedə bilməz.

- Sabah qol vursaz, bunu necə qeyd edəcəksiz?

- Qol vursam, bunu xüsusi qeyd etməyəcəm. Çünki PAOK elə bir klubdu ki, mənə orda həmişə hörmət ediblər, yaxşı münasibət göstəriblər.

- İqor Tudor dedi ki, Pereyraya hər zaman uğurlar arzu edirəm, bircə sabahkı oyundan başqa.

- Nə deyə bilərəm? Mən ona həmişə uyğurlar arzulayıram.

- Klublar arasında anlaşmaya görə cavab oyununda meydana çıxa bilməzsən. Bu ədalətlidirmi?

- Mən bunun ədalətli olub-olmadığını deyə bilmərəm. Əsas odu, sabah uğurlu oynayaq, cavab qarşılaşması haqda sonra düşünərik.