PAOK – “Ayaks” matçında 4 qol - Video

paok-ayaks-matcinda-4-qol
Oxunma sayı: 2661

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, pley-off mərhələsində “Qarabağ”ın potensial rəqibləri olan PAOK və “Ayaks” komandaları da meydana çıxıblar.

Yunanıstanda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Komandaların cavab görüşü 1 həftə sonra Hollandiyada baş tutacaq.

Qeyd edək ki, PAOK – “Ayaks” cütünün qalibi pley-offda “Qarabağ” – APOEL cütünün qalibi ilə qarşılaşacaq. Ağdam klubu ilk oyunda Kipr təmsilçisi üzərində 2:1 hesablı qələbə qazanıb.

Qarşılaşmanın videoicmalını təqdim edirik: