“PAOK bizdәn güclü komandadır” - Tale Heydərov

paok-bizdn-guclu-komandadir-
Oxunma sayı: 2179

Xəbər verdiyimiz kimi, bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları keçirilir.

“Qafqazinfo”nun məlumatına görə, təmilçimiz “Qəbələ” də “Bakcell Arena”da Yunanıstanın PAOK klubu ilə qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb, bununla da komandamız qrup mərhələsində ilk xalını qazanıb.

Oyundan sonra “Qəbələ” idman klubunun prezidenti Tale Heydәrov açıqlama verib:

“Komandamız yaxşı mübarizә apardı. Sona qәdәr döyüşdük bir xal qazandıq. 3 xal da qazana bilәrdik. Amma әn azı uduzmadıq. Bu da bizim üçün nailiyyәt sayıla bilәr. Yeni transferlәrin oyunundan razı qaldım. Onlar özlәrini yaxşı tәrәfdәn göstәrә bilәrlәr. Bizim qrupda mәqsәdimiz sona qәdәr yaxşı mübarizә aparmaqdır. Azәrbaycanı yüksәk sәviyyәdә tәmsil edәcәyik. Qrupdan çıxmaq üçün mübarizә aparacağıq. Bütün çәtinliklәrә baxmayaraq sona qәdәr çalışmalıyıq. Qrupa düşmәk üçün çәtin komandaları mәğlub etmişik. Qrupda da bunu bacararıq. Çalışacam ki, komandanın bütün oyunlarını canlı izlәyim”.
Heydәrov azarkeşlәrdәn dә danışıb:

“Azarkeşlәrin stadiona az gәlmәsi yәqin vaxtla bağlı idi. Amma biz "Qәbәlә" klubu olaraq onları hәr zaman stadiona dәvәt edirik”.

Klub prezidenti qrupdakı digәr rәqiblәr haqqında da fikirlәrini bildirib:

“Digәr rәqiblәrimiz dә çәtindir. "Borussiya" vә "Krasnodar" yaxşı komandalardır. Amma әlimizdәn gәlәni edәcәyik. Maksimum xal yığmağa çalışacağıq. PAOK bizdәn güclü komandadır. Onlara uduza bilәrdik. 1 xal qazandıq”.

Elsevər