PAOK-un baş mәçqisi Prosineçkidәn mәlumat alıb?

paok-un-bas-mcqisi-prosineckidn-mlumat-alib
Oxunma sayı: 1072

“Sәfәrdә bizi çәtin oyun gözlәyir. Heyәtdә Erqiz Kaçe kimi itkimiz var. Amma onun yerini dolduracağımıza inanıram. "Panatinaikos" kimi rәqibi mәğlub etmәk asan deyil. "Qәbәlә"nin tәcrübәsi az olsa, rәqib qapısına hücum etdiyi zaman böyük tәhlükә yarada bilәr. Meydana qәlәbә üçün çıxacağıq".

“Qafqazinfo” xəbər verir ki, bu sözləri PAOK-un baş mәşqçisi İqor Tudor “Qəbələ” ilə oyunöncəsi jurnalistlərə açıqlamasında deyib.

Tudor komandasının evdә daha yaxşı, sәfәrdә pis nәticә qazanması ilә bağlı da danışıb:
"Bununla razı deyilәm. Biz hәmişә qәlәbәyә oynamışıq. Qarşımızdakı "Barselona" olsa belә, qәlәbә qazanmağa çalışırıq".

""Panatinaikos"a 2 qol vuran Dodoya qarşı hansısa tәdbir görmüsüz?" sualına baş mәşqçi belә cavab verib: "Dodo çox yaxşı oyunçudur. Sözsüz onu bağlamaq üçün tәdbirlәrimiz var. Amma bunu sizә deyә bilmәrәm"

Xorvatiyalı mütәxәssis PAOK-dan "Qәbәlә"yә icarәyә gәlәn Fakundo Pereyra haqqında da danışıb: "Yәqin ki, Fakundo bizә qarşı xüsusi motivasiya ilә oynayacaq. O, yaxşı futbolçudur. Ona uğurlar arzu edirәm, amma sabahkı oyundan başqa".

""Qәbәlә" 2 yunan klubunu mübarizәdәn kәnarlaşdırıb. Bu, sizdә xüsusi tәzyiq yaradıb?" sualına Tudor maraqlı cavab verib: "Belә oyunlarda hәmişә xüsusi tәzyiq olub. Amma bu "Qәbәlә"nin yunan klublarını udmasına görә deyil".

- Azәrbaycan millisinin baş mәşqçisi Robert Prosineçki ilә eyni komandada oynamısız. Onunla "Qәbәlә" haqqında söhbәtiniz olub?

- "Әlbәttә, biz söhbәt etmişik. 1 saat öncә dә danışdıq. Hәr şeydәn әvvәl o mәnim yaxın dostumdur".

- Berbatovu sabah meydanda görә bilәcәyik?

- "O ehtiyat start heyәtdә olmayacaq. Bir müddәt mәşq etmәdiyi üçün ehtiyatda qalacaq. Amma oyunun gedişindә meydana çıxa bilәr".

Elsevər