PAOK-un futbolçusu “Qəbələ” ilə müqavilə imzaladı -

paok-un-futbolcusu-qebele-ile-muqavile-imzaladi-
Oxunma sayı: 719


“Qafqazinfo” xəbər verir ki, “transfer pəncərəsi”nin son günündə ikinci hücumçu ilə anlaşan komanda Vaqif Cavadovun ardından Fakundo Abel Pereyranı da rənglərinə bağlayıb.

28 yaşlı argentinalı hücumçu 2014-cü ildən Yunanıstanın PAOK klubunun üzvüdür. “Qəbələ” icarə əsasında heyətinə qatdığı Pereyra ilə 1 illik anlaşıb. Cənubi amerikalı Saloniki təmsilçisinə keçənədək vətənində “Estudiantes” (2006-2011), “Ximnasiya” (2012-2014, icarə əsasında), Çilidə “Palestino” (2009, icarə əsasında), “Audaks İtaliano” (2011-2012), Meksikada “San Luis” (2012-2014) klublarında çıxış edib.

“Qafqazinfo”