Sabah Avropa Liqasının ilk oyununda “Qəbələ” ilə qarşılaşacaq Yunanıstanın PAOK klubunun heyətində ciddi itki var.
“Qafqazinfo” xəbər verir ki, komandanın əsas heyət üzvü və ən vacib futbolçularından olan albaniyalı dayaq yarımmüdafiəçisi Erqiz Kaçe zədələnib.
PAOK-un Yunanıstanda keçirdiyi son məşqində topuğundan zədə alan futbolçu Bakıya da gələ bilməyib. Baş məşqçi İqor Tudor ona istirahət verib.
Son xəbərlər
Son Xəbərlər