Papa 25 ildir televizora baxmır

papa-25-ildir-televizora-baxmir
Oxunma sayı: 928


“Qafqazinfo”nun məlumatına görə, o, Məryəm Anaya söz verdiyi üçün bu addımı atdığını bildirib. 

Papa məmləkəti Argentinada yayımlanan La Voz del Pueblo (Xalqın səsi) qəzetinə verdiyi müsahibədə bu vəzifəyə seçilməsi, qorxuları, həsrətləri və gündəlik vərdişləriylə əlaqədar sualları cavanlandırıb. 

O, yalnız qəzet oxuduğunu, 25 ildir ki, televizora baxmadığını və internetdən istifadə etmədiyini bildirib. 

Papa qeyd edib ki, bu qərarının xüsusi bir səbəbi yoxdu,  yalnız “bu mənə görə deyil”, deyə düşündüyünü söyləyib.

Futbolu və Argentinanın San Lorenzo komandasını sevdiyi bilinən Papa komandasının matçlarını belə izləmədiyini açıqlayıb:

“Heç bir şey izləmirəm. İsveçrəli keşikçilər mənə hər həftə nəticələri söyləyir”.