“Qafqazinfo” eunews.az-a istnadən xəbər verir ki, papanın avroparlamentarilər önündə çıxış edəcəyi gözlənilir.
Bu barədə məlumatı sentyabrın 11-də sədri Martin Şults bildirib. Bu, Papanın Avropa institutlarına ilk ziyarəti olacaq. Daha sonra, məlumatı pontifikin mətbuat xidməti təsdiqləyib. "Papa 1-ci Fransis Avropa Parlamentinin prezidenti Martin Şultsun dəvətini qəbul edib və Parlament üzvlərinə təntənəli mərasimdə çıxış edəcək. Bu, noyabrın 25-də baş tutacaq", - bəyanatda deyilir.
Xatırladaq ki, Martin Şults ötən ilin oktyabrında Vatikana rəsmi səfəri zamanı Avropa Parlamentinə dəvət etmişdi. Qeyd edək ki, Avropa Parlamentinə səfər edən axırıncı pontifik 1988-ci ilin oktyabrında II İoan Pavel olub.
Son xəbərlər
Son Xəbərlər