Papa çağırış etdi

papa-cagiris-etdi
Oxunma sayı: 17682

Roma Papası Fransisk bu gün Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlikdən narahatlığını bildirib.

“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən məlumatına görə, Papa Müqəddəs Pyotr meydanında ənənəvi xütbədə Qafqazda sülhə və Dağlıq Qarabağdakı vəziyyət fonunda hər hansı bir fikir ayrılığını güc tətbiqi olmadan həll etməyə çağırıb.

“Qafqazdan narahatedici xəbərlər gəlir. Bu bölgədə sülh üçün dua edirəm və münaqişə tərəflərinə güc tətbiq etmədən bütün problemlərin həllinə doğru konkret addımlar atmağa çağırıram”, - deyə Papa Fransisk qeyd edib.