Papa da koronavirusa qarşı peyvənd olunacaq

papa-da-koronavirusa-qarsi-peyvend-olunacaq
Oxunma sayı: 1227

Roma Papası Fransisk koronavirusa qarşı peyvənd olunacağını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə katoliklərin ruhani lideri İtaliyanın “TG5” kanalına verdiyi müsahibəsində bildirib.

Papa deyib ki, kiminsə peyvəndin təhlükəli olduğu ilə bağlı dediklərini bilmirəm: "Əgər həkimlər bunu  məsləhət bilib, təhlükəsiz olduğunu deyirsə, o zaman niyə peyvənd olmayım ki...?”

"Mən əxlaqi olaraq hər kəsin peyvənd edilməsinə inanıram. Bu etik bir seçimdir və əks halda siz öz həyatınızla deyil, başqalarının da həyatı ilə oynayırsınız”,- deyə Papa qeyd edib.