Roma Papası Fransisk Meksikada səfərdə olarkən əlil arabasında olan kişinin üzərinə yıxılıb.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hadisə Moreliya şəhərində baş verib.
İzdiham qarşısında çıxış edən Papanın paltarından bir nəfər tutub. Naməlum şəxs hətta, Papa tarazlığını itirib əlil arabasında olan kişinin üzərinə yıxılsa da, onu buraxmayıb.
Təhlükəsizlik nümayəndəsi pantifiki yerə yıxılmaqdan qoruyub. Əsəbiləşən Papa yıxılmasına səbəb olan adama qışqıraraq onu danlayıb. Paltarından dartan adama "Eqoist olma!" deyə qışqıran Papa daha sonra üzərinə yıxıldığı kişinin başından öpüb.
Son xəbərlər
Son Xəbərlər