Papa Francisdən “Erməni soyqrımı” açıqlaması

papa-francisden-ermeni-soyqrimi-aciqlamasi
Oxunma sayı: 1307


“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, Ermənistanın və bir çox tarixçilərin iddiasına görə, 1915-ci ildə Osmanlı qüvvələri tərəfindən sistematik olaraq 1.5 milyon adam öldürülüb. Roma Papasının çıxışı faciənin 100 illiyi münasibətilə müqəddəs Petr kilsəsində keçirilən tədbirdə edilib.

Papanın bəyanatı, güman edildiyinə görə, Türkiyəni qəzəbləndirə bilər, Türkiyə soyqırımın baş verdiyini mütəmadi olaraq təkzib edir. Roma Papasının qatıldığı mərasimdə Ermənistan prezidenti Serj Sarkisyan iştirak edib.

Bu məsələ ətrafında mübahisə Türkiyə ilə Ermənistan arasında münasibətləri gərginləşdirən amillərdəndir .

Erməni qətliamı ilə bağlı “soyqırım” sözünü Papa Francis ilk dəfə olaraq iki il bundan əvvəl işlədib.

O zaman Türkiyədə Papanın sözləri şiddətli etirazlara səbəb olmuşdu.

Bazar günü Vatikanda keçirilmiş mərasimdə Roma Papası bəşəriyyətin "ötən əsrdə üç böyük və bərabəri olmayan faciələr yaşadığını" deyib.

Papa Francis 2001-ci ildə Roma Papası II John Paul-un bəyanatındakı sözləri işlədərək deyib: ““20-ci əsrin birinci soyqırımı” sayılan ilk faciəni erməni xalqı yaşayıb”.