“Qafqazinfo” RİA Novosti-yə istinadən xəbər verir ki, Filippin paytaxtında Papa Fransiskin görüşünə 6 milyondan çox insan gəlib. Roma Papası ölkədə güclü yağışa düşüb və hətta Takloban şəhərinə olan səfərini fırtınaya görə yarımçıq qoymaq məcburiyyətində qalıb.
Fransisk Şri-Lankaya 2 günlük səfəri çərçivəsində gəlib. O, ölkə başçısı və dini liderlərlə görüşüb.
“Biz heç vaxt dini inanclardan zorakılıq və müharibə məqsədləri üçün istifadə etməməliyik”-deyə Fransisk müxtəlif dindən olan insanlar qarşısındakı çıxışında bildirib.
Qeyd edək ki, Papanın ölkəyə gəlişi ilə əlaqədar olaraq Filppində amnistiya da keçirilib. Həbsdə olan təxminən 1000 insan azadlığa buraxılıb.
Son xəbərlər
Son Xəbərlər