“Amerikalı milyarder, Respublika partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürən Donald Trampın Amerika- Meksika sərhədində divar qoymağı təklif etməyi xristiana yaraşan hərəkət deyil”.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Roma Papası Fransisk Meksikada səfərdə olarkən jurnalistin “Yaxşı katolik bu insanın lehinə səs verə bilərmi?” sualına cavab olaraq bildirib.
“İnsanlar arasında körpü qurmaqdansa, sərhəd yaratmağa çalışan insan xristian ola bilməz”.
D. Tramp isə açıqlamasında bildirib ki, İraq-Şam İslam dövləti (İŞİD) Vatikanı işğal edəndə Papa onu ABŞ prezidenti kimi görmək istəyəcək: “Papanın bu mövqeyi biabırçıdır”.
Son xəbərlər
Son Xəbərlər