Papa koronavirusa yoluxmayıb

papa-koronavirusa-yoluxmayib
Oxunma sayı: 2036

Roma Papası Fransiskin son tədbirlərdə davamlı öskürməsi, ardınca planlaşdırılan tədbirləri ləğv etməsi onun koronavirusa yoluxması şübhələrinə yol açıb.

“Qafqazinfo” İtaliya KİV-nə istinadən xəbər verir ki, Papa bu yaxınlarda koronavirus testindən keçib. Analizin nəticələrinin neqativ çıxdığı bildirilir.

Qeyd edək ki, Vatikan rəsmiləri bu məlumatı hələ təsdiqləməyib.