Papa Patriarxla görüşəcək - Tarixdə ilk dəfə

papa-patriarxla-gorusecek
Oxunma sayı: 1172

Papa Francis Ptariarx Kirillə Kubada tarixi görüş keçirməyi planlaşdırır. Bu barədə Rusiya Provoslav Kilsəsindən bildirilib.

“Qafqazinfo”nun BBC-yə istinadən verdiyi məlumata görə, Rusiya Provoslav Kilsəsi deyib ki, “xristianların təqibi” görüşün əsas mövzusu olacaq.

Papa Francis Meksikaya səfəri ərəfəsində Kubada olacaq. Bu, Papa və Rusiya kilsəsinin rəhbəri arasında ilk görüşüdür.

11-ci əsrdən bəri xristianlıq Qərb və Şərq qollarına ayrılıb.

Görüşün Hava hava limanında baş tutacağı deyilir. Görüş zamanı hər iki lider birgə bəyanata imza atacaqlar.

Patriarx Kirill Kubaya rəsmi səfərlə gedir.