“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, katolik dünyasının lideri noyabrın 30-da İsa peyğəmbərin 12 həvarilərindən biri olmuş, yunan patriarxlığının qurucusu Andrey Pervozvannının şərəfinə keçiriləcək tədbirlə bağlı İstanbulda olacaq.
Səfər İslam dünyası ilə dialoqa və Yaxın Şərqdəki dramatik vəziyyətə diqqət yönəltmək niyyəti güdür. Türkiyə səfəri başa çatdıqdan sonra Roma Papası Ermənistana yollanacaq. Diplomatik mənbələrin məlumatlarına görə, hər iki ölkənin nümayəndələri qarşıdakı səfərlə bağlı hazırlıqlara başlayıblar.
Son xəbərlər
Son Xəbərlər