Papa Ukrayna hadisələrindən danışarkən ağladı - Video

papa-ukrayna-hadiselerinden-danisarken-agladi
Oxunma sayı: 1416

Roma Papası Fransisk Ukrayna hadisələrindən danışarkən ağlayıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, o, İtaliyanın milli bayramını qeyd edərkən dua zamanı Ukrayna xalqına görə göz yaşlarını saxlaya bilməyib.

Ukrayna xalqının əzablarını xatırlayan Papa uzun müddət səssiz qalaraq bunları deyib:

“Müqəddəs Tanrı, bu gün Sizə Ukrayna xalqının uzun müddətdir ki, xahiş etdiyimiz sülhə görə minnətdarlığını çatdırmaq istəyirəm. Bu əzablı, səbirli məmləkətin övladlarının, qocalarının, ata və analarının, gənclərinin dualarını bir daha sizə təqdim etməliyəm. Əslində bilirik ki, Siz bütün əziyyət çəkənlərin yanındasınız”.