Venesuela prezidenti Nikolas Maduro Roma Papası Fransiskə məktub yazaraq ondan ölkədə hökumətlə müxalifət arasında dialoqun asanlaşdırılmasına kömək etməyi xahiş etmişdi.
“Qafqazinfo” “Corriera della Sera” nəşrinə istinadən xəbər verir ki, Papa Maduronun məktubunu cavabsız qoymayıb. O, məktubda ölkədəki vəziyyətdən çox narahat olduğunu, münaqişənin həllinə dair bütün cəhdlərin heç bir nəticə vermədiyini ifadə edib.
Fransisk əldə edilmiş razılaşmaların praktikada heç vaxt həyata keçirilmədiyini, lakin bununla belə həmişə Venesuelada vəziyyətin dəyişdirilməsi üçün konstruktiv dialoqun tərəfdarı olduğunu bəyan edib.
Son xəbərlər
Son Xəbərlər