Papadan şok açıqlama – - "Keşişlərin 2 faizi uşaqbazdır"

papadan-sok-aciqlama-
Oxunma sayı: 1733


 “Qafqazinfo” xəbər verir ki, Roma katolik kilsəsinin rəhbəri Papa 1-ci Fransiskin bu açıqlaması "bomba partlayışı" effekti yaradıb. Açıqlamanı European-a istinadən Milli.Az saytı yayıb. İtaliyanın "La Repubblica" qəzetinə verdiyi müsahibəsində Vatikanın rəhbəri uşaqlara qarşı zorakılıq və təcavüzü kilsənin mübtəla olduğu cüzam adlandırıb. "Müşavirlərimin dediklərinə görə, keşişlərin 2 faizi uşaqbazdır. Bu bəlaya qarşı bacardığım qədər sərt mübarizə aparacağam. Həmin 2 faiz arasında keşişlər, yepiskoplar, kardinallar var. Bəladan xəbərdar olan, amma susan keşişlərin sayı daha çoxdur", - Roma Papası deyib.

 1-ci Fransiskin sözlərindən belə çıxır ki, hazırda katolik kilsəsində ən azı 8 min uşaqbaz, əxlaqsız keşiş var.