Papanın gizli sevgi məktubları üzə çıxdı - Katolik dünyasında qalmaqal

papanin-gizli-sevgi-mektublari-uze-cixdi
Oxunma sayı: 3062

Roma Papası olmuş II İohan Pavelin sevgi məktubları ortaya çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 2005-ci ildə dünyasını dəyişən Papanın polşalı əzilzadə, Harvardda fəlsəfə professoru olan Anna Tereza ilə gizli sevgi yaşadığı məlum olub.

BBC tərəfindən hazırlanan və bu gün yayımlanacaq sənədli filmdə həmin məktublardan bəhs ediləcək.

Varşavada dünyaya gələn Anna Terezanın ailəsi İkici Dünya Müharibəsi zamanı nasistlərin işğalından sonra ABŞ-a qaçaraq orada yaşayıb. 1995-ci ildə işlədiyi Harvard universitetində professorla evlənən Annanın İohan Pavelə gizlis evgi bəslədiyi, məktublaşdıqları bildirilir.

Anna 2014-cü ildə 91 yaşında vəfat etdikdən sonra məktubları gün işığına çıxıb. Katolik inancına görə, Papa və rahiblərin evlənməsi və qadınlarla birgə olması qadağan edildiyinə görə, Papanın gizli sevgi məktublarının səs-küy yaradacağı proqnozlaşdırılır.