Papanın qardaşı oğlunu tapançayla hədələyib soydular

papanin-qardasi-oglunu-tapancayla-hedeleyib-soydular
Oxunma sayı: 913

Arqentinanın Buenos-Ayres vilayətində Roma Papası Fransiskin qardaşı oğlunu qarət ediblər.

“Qafqzinfo” Oxu.az-a istinadən xəbər verir ki, cinayət hadisəsi mayın 15-də yerli vaxtla səhər saat 09:30 radələrində baş verib.

Naməlum şəxslər 31 yaşlı Xose İqnasio Berqolonun avtomobilinin qarşısını kəsərək, onu tapança ilə hədələyiblər. Qarətçilər pontifikin qohumunu bir neçə məhəllə gedib insanların az olduğu yerdə saxlamasını tələb edərək onu orada soyublar. Cinayətkarlar Roma Papasının qardaşı oğlunun telefonunu, gödəkçəsini və ictimai təşkilatlar üçün nəzərdə tutulan ianə kisəsini alıblar.

Berqolonun həmçinin 2015-ci ilin iyun ayında evinin yaxınlığında soyğuna məruz qaldığı bildirilir.