Papanın şərəfinə stadion tikilir

papanin-serefine-stadion-tikilir
Oxunma sayı: 696


“Qafqazinfo” anspress-ə istinadən məlumat verir ki, Argentinanın “San-Lorenso de Almaqaro” futbol klubunun rəhbərliyi yeni inşa ediləcək stadionun xristian dünyasının dini liderinin şərəfinə adlandırılacağını bəyan edib.

Fransisk uşaqlıq dövründən Argentinanın paytaxtı Buenos-Ayres şəhərini təmsil edən “San-Lorenso de Almaqaro” klubunun azarkeşidir.

Klub Argentina paytaxtının, əsasən əhalinin kasıb təbəqəsinin məskunlaşdığı məhəlləsində yeni stadion inşa etmək niyyətindədir. Həmin ərazi əvvəllər də kluba məxsus olub. Lakin 1973-1983 illər hərbi diktatura dövründə hakimiyyət tərəfindən müsadirə edilib. Papa Fransisk klubun ən məşhur azarkeşidir və komanda fanatları bir zarafat olaraq klubun uğurlarını məhz xristian dünyasının dini lideri ilə əlaqələndirirlər.