Amerikalı müğənni Miley Krus və avstraliyalı sevgilisi Liam Hemsvort paparassilərdən gizlənmək üçün Havayidə ada almaq istəyir. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə aktyorun özü məlumat verib.
O, medianın onları izləməsindən bezdiyini, bunun üçün rahat istirahət edə biləcəyi bir ada alacağını deyib. 9 ildir ki, sevgili olan cütlük ailə qurduqdan sonra orada yaşamağı planlaşdırır.
Bu məqamda bildirək ki, iki məşhur sima hazırda 4.2 milyon dollarlıq malikanədə yaşayırlar.



Son xəbərlər
Son Xəbərlər