İndoneziyada Roma Papası Fransiskə sui-qəsd hazırlayan 7 nəfər saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Straits Times” məlumat yayıb.
Sui-qəsdçilərin qarşısı Papa Fransiskin İndoneziyanın paytaxtı Cakartaya səfərindən cəmi iki gün əvvəl alınıb. Onların bir-birini tanıyıb-tanımaması və ortaq terror qruplaşmasına aid olub-olmaması hələ müəyyən edilməyib. Saxlanılanlardan birində ox-yay, pilotsuz uçuş aparatı və İŞİD-in vərəqələri aşkar edilib.
İndoneziya polisinin bildirdiyinə görə, sui-qəsdçilər Papanın Cənub-Şərqi Asiyanın ən böyük məscidi olan İstiqlal məscidini ziyarət etmək niyyətindən qəzəbləniblər.